---------------
Sevgilim, tut əlimdən,
Gedək üzü küləyə.
Rahatlıq gəzmirəm məm,
Gedək üzü küləyə...
- nəq -
Qoy yaşarsın gözümüz,
Qoy göynəsin üzümüz.
Bükülməsin dizimiz,
Gedək üzü küləyə...
2 ci bənd
Yollarda daş-kəsək var,
Yollarda gül-çiçək var.
Yollarda qar, külək var,
Gedək üzü küləyə...
- nəq -
Qoy yaşarsın gözümüz,
Qoy göynəsin üzümüz.
Bükülməsin dizimiz,
Gedək üzü küləyə...
3 cü bənd
Axşamla, bir səhərlə,
Gəl üzləşək hünərlə.
Günlərlə həftələrlə,
Gedək üzü küləyə ...
- nəq -
Qoy yaşarsın gözümüz,
Qoy göynəsin üzümüz.
Bükülməsin dizimiz,
Gedək üzü küləyə...
Söz: Əlağa Kürçaylı
Mus: Elza İbrahimova