---------------
Bir qərib səssizliyin,
Ardınca külək əsdi
Həyacandır ya nədir,
Bilmirəm ürək əsdi
Sən kimi gülümsədi,
Ağlımı mənimsədi
Yaxınlaşdım,addım-addım,
Dünən birini sənə oxşatdım
Həmin gecə,həmin hava,
Həmin küçə,həmin yağış
Qaranlığa açıx verən,
Eyni gözlər,eyni baxış
Mən lal olub dayandıqca,
Deyirdi ki,mənlə danış
Düşündüm ki ,sənə çatdım,
Dünən birini sənə oxşatdım
Tayın olsa bu dünyada,
Əvəz etməz səni oda
Bu əbədi ayrılıqmış,
Əcəb saldın bizi oda
O küçənin başındaca,
Gözlərimin yaşındaca
Səndən uzaq düşüb batdım,
Nahaq onu sənə oxşatdım
İlahi insan insana,
Bu qədərmi oxşayarmış
Əmin oldum hər gözəlin,
Hardasa oxşarı varmış
Saçın dala atmağından,
Qaşlarını çatmağından
Aləmi bir-birinə qatdın,
Dünən birini sənə oxşatdım
Qollarımda oxşadığım,
Saçlarının qoxusu var
Qəribədir sevənlərin,
Qonaqpərvər yuxusu var
Məni doğma bilər deyə,
Yuxularıma gələr deyə
Arzuladım onu yatdım,
Dünən birini ona oxşatdım
Tayın olsa bu dünyada,
Əvəz etməz səni oda
Bu əbədi ayrılıqmış,
Əcəb saldın bizi oda
O küçənin başındaca ,
Gözlərimin yaşındaca
Səndən uzaq düşüb batdım,
Nahaq onu sənə oxşatdım