---------------
Səni gəzən bu gözlərim,
Həsrətindən qan yaş tökər.
Əgər eşitsə sözlərim ,
Ah çəkər, dağlar diz çökər.
Xumar gözlüm, şirin sözlüm,
Ağlım başımdan almısan.
Sənsiz pərişandır könlüm,
Sevgilim harda qalmısan.
Sənsiz necə gülər yarın,
Həsrətdən üzülər yarın.
Sənsizliyə dayanamaz,
Demirsənmi ölər yarın.
Səndən insaf dilər yarın,
Göz yaşın kim silər yarın.
Heç olmasa kənardan bax,
Gör bir çəkir nələr yarın .