---------------
Sevən adamın kədəri başqadır.
Gecəsi başqa, səhəri başqadır.
Məni buralar çox darıxdırır.
Sevdiyimin şəhəri başqadır.
Onsuz həyat, onsuz haramdır.
O, ömürlük ürək yaramdır.
Aşiq olduğum bir adamdır.
Ölürəm ondan ötəri başqadır.
Gözlər intizarda da,olsa
Məndən uzaqlarda da, olsa
Narahatam harda da, olsa
Mənim ürəyimdə yeri başqadır.
Sanki əziz insanımdır o.
Hər dərdimə dərmanımdır o.
Mənim ürəyimdir canımdır o.
Gözlərimdə dəyəri başqadır.