---------------
1 Ci Bend
Vurulmuşam o sənin ay aman, sürməli gözlərinə,
Çiçək dərib düzərəm mən sənin, o ipək tellərinə.
Mənim qədər səni onsuzda sevən tapılmayacaq.
Adını həkk eləyib qəlbimə, yazmışam ən dərinə.
Nəqarət
Ay mənim dəli, dəli, dəli sevgilim,
Söylə nədəndir bu qaş-qabaq de bilim.
2 Ci Bend
Hörmüşəm ürəyimdə ay qız, sevgimizin qalasın,
Saçlarını sən aç küləyə, yağan yağış darasın.
Gəl bu qədər məni qısqanma halın yaman olacaq
Həyatımda tək sən varsan, başqa da kim olası.
Dedilər məcnuna dəli amma görünür bizim bu Leyla dəlidir,
İnadınnan nazını yerə qoymur, mənimlə məsafəlidir.
Sənnən danışır misralarımda yazılan bütün hər qafiyələr,
Necə xoşbəxt olaram bil mən sənlə keçsə hər saniyələr.
Soyuq olsa günəş olaram mən verərəm ruhuna hərarəti,
Ala bilməz qarşımızı bizim keçilməz olan hər maniyələr.