---------------
Var ciddi bir etirafım sənə yarım
Səni sevirəm canım
Demişdim oyanmaz o duyğularım
İndi o söz yalanım
Aynada baxdığım günahkar üzüm
Deyir itirmə özün
İnan ki səninçün dolur bu gözüm
İçimdə kədər hüzün
Yenə elə əsdi sevgi küləyim
Hiss elədinmi onu
Səni sevirəm sevirəm ürəyim
Nə olursa olsun sonu
Ah necə darıxıram mən sənin üçün
Gözümün nuru gedir gözlərin üçün
Yadına düşmədimmiki ara sıra
Mənə heç yoxmu sözün